İçi doldurulmuş almalar resepti - FOTO RESEPT

İçi doldurulmuş almalar resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 6
Hazırlanma vaxtı: 
40 dəqiqə

Tərkibi:


2 ədəd iri alma

6 ədəd ərik qurusu

6 ədəd gavalı qurusu

2 x/q kişmiş

2 x/q qoz ləpəsi

3 x/q bal

6-8 x/q şəkər tozu

1/2 ədəd limon



Hazırlanması:

Almalar yarı kəsilir və çay qaşığı ilə özəyi çıxardılır. Beləliklə divarları 0,5 sm olan səbət hazırlanır.
 

Meyvə quruları xırda doğranılır. Qaynar su ilə axıdılır.
 

Qoz xırda doğranılır.
 

Meyvə quruları kəfgirə (aşsüzən) əlavə edilir, qozla qarışdırılır və bal əlavə edilir.
 

Alınan kütlə ilə alma səbətləri doldurulur.
 

Almaların
qaralmasının qarşısını almaq üçün onlara limon şirəsi səpilir. Üzərinə 2
x/q şəkər tozu əlavə edilir və perqament kağızı sərilmiş tavaya
düzülür. Əvvəlcədən 160°C temperaturunda isidilən sobada 40 dəqiqə
bişirilir. Nəticədə səbətlər formasını saxlamaqla birgə almalar bir
qədər yumşalmalıdır. 

Almalar hazır olduqda üzərinə şəkərdən hazırlanan karamel vurmaq olar. 




 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!