Qatılaşdırılmış südlü keks resepti - FOTO RESEPT

Qatılaşdırılmış südlü keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Hazırlanma vaxtı: 
50 dəqiqə

Tərkibi:


100 qr kərə yağı

100 qr şəkər tozu

3 ədəd yumurta

200 qr un

200 qr kəsmik

1 ç/q qabartma tozu

1 ç/q vanil esensiyası

100 qr bişmiş qatılaşdırılmış süd

bir qədər qoz ləpəsi



Hazırlanması:

Saytımızda müxtəlif növ kekslər barədə reseptlər var: şokoladlı keks, şokoladlı-bananlı keks, yumurta qabığında keks, vanilli və limonlu keks, mozaika keksi, çiyələkli keks, kişmişli keks və
digər kekslər. Hazırki resept sadalanan kekslərdən xəmiri ilə çox da
fərqlənməsədə, içində bişmiş qatılaşdırılmış süd olması onu daha zərif
və dadlı edir.

 

Soba 180°C temperaturunda isidilir. Bu arada otaq temperaturunda olan kərə yağı şəkər tozu ilə qarışdırılır.
 

Yumurta əlavə edilir və tam qarışdırılır.
 

Alınan məhlula kəsmik və vanil esensiyası əlavə edilir. Yaxşı qarışdırılır.
 

Qabartma tozu ilə un qarışdırılır və məhlulun üzərinə ələkdən keçirilərək əlavə edilir. 

Xəmir qarışdırılır. 

Yağlanmış
forma qabının dibinə xəmir layı əlavə edilir, ortasına 2 çay qaşığı
qatılaşdırılmış süd, onun da üzərinə qoz ləpələri səpilir.
 

Üzərinə bir daha xəmir layı əlavə edilir və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada kekslər 20-30 dəqiqə bişirilir. 

Hazır kekslər bir qədər şişmiş və üzü qızarmış olmalıdır. Soyumasını gözləyirik.
 

Nəhayət keksləri süfrəyə vermək olar. Kəsmiyə görə kekslərin xəmiri daha yüngül və zərif alındı. 




 

 

 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!