Şokoladlı sadə peçenya resepti - FOTO RESEPT

Şokoladlı sadə peçenya resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 20
Hazırlanma vaxtı: 
1 saat 35 dəqiqə

Tərkibi:


250 qr marqarin yağı

2 ədəd yumurta

250 qr şokolad

500 qr un

200 qr şəkər tozu

2 ç/q qabartma tozu

yarım ədəd rəndələnmiş limon qabığı



Hazırlanması:

1. Marqarin və şəkər tozu mikserle çırpılır.



2. Üzərinə yumurtalar tökülür və yenidən mikserlə çırpılır.



3. Daha sonra qabartma tozu və un əlavə olunub çırpılır.



4. Mikserlə qarışdırılarkən rəndələnmiş limon qabığı əlavə olunub mikserlə qarışdırlır.

5. Alınmış xəmirə doğranılmış şokolad parçaları əlavə edilib qaşıqla qarışdırılır.



6. Xəmirdən qoz böyüklüyündə dairələr düzəldilib sobanın tavasına qoyulur (tavaya bişirmə kağızı qoyulur). 



7. Əvvəlcədəm isidilmiş 180 dərəcədə 15 dəqiqə, rəngi dəyişənə kimi bişirilir.




 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!