Qozlu peçenya resepti

Qozlu peçenya resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Hazırlanma vaxtı: 
1 saat

Tərkibi:


200 qr əridilmiş kərə yağı

100 qr xama

100 qr qatıq

1,5 stəkan şəkər tozu

4 yumurta

4 stəkan un

1 stəkan qoz

1 ç/q soda

vanil

 

Hazırlanması:

Şəkər tozu və yumurta mikserlə yaxşı qarışdırılır.
 

Üzərinə kərə yağı, semetan, qatıq əlavə olunub mikserin köməyi ilə aşağı sürətlə qarışdırılır.
 

Sonra un, soda, vanil ələkdən keçirilib əlnən qarışdırılır (xəmir yumuşaq olmamalıdır).
 

Qoz tavada biraz qızardılır və xırda doğranılır. Hazır xəmirə əlavə olunub əlnən qarışdırılır.
 

Xəmir 30 dəqiqə kənarda saxlanılır. 

30 dəqiqədən sonra xəmir oxlovla 2sm qalınlığında açılır və armudu stəkanın köməyi ilə yumru dairələr kəsilir.
 

Tavaya pergament kağızı qoyulur və kəsilmiş dairəvi xəmirlər düzülür. Üzərinə şəkər tozu əlnən səpilir.
 

Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!