Tez hazırlanan kəsmikli piroq resepti

Tez hazırlanan kəsmikli piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 71
Bu piroq çox dadlı və zərif alınır.

Tərkibi:

Un - 2,5 stəkan

Kərə yağı - 200 qr

Şəkər tozu - 1,5 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Kəsmik - 500 qr

Yumurta - 2 dənə (orta ölçüdə)

Vanilin - 1 çay qaşığı

Duz - 1 çimdik



Hazırlanması:

1. Yağı
kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu
ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə
edin və yenə yaxşı qarışdırın.

2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur).

3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın.

4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin.

5. Formanın dibinə xəmirin yarısını tökün.

6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın.

7. Üzərinə qalan xəmiri tökün.

8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.

9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!