Şokoladlı yüngül çizkeyk resepti

Şokoladlı yüngül çizkeyk resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

150 qram toz halına salınmış peçenye

50 qram kərə yağı

100 qram şəkər

120 ml. qaymaq

150 qram acı şokolad

2 xörək qaşığı kakao

200 qram qaymaqlı pendir



Hazırlanması:

Şokoladı əritmək üçün qaba töküb onu qaynayan qazanın üstünə
qoyun. Buxarda əriyən şokoladın soyumasını gözləyin. Blenderdə toz
halına salınmış peçenyeyə ərimiş yağ və 1 xörək qaşığı şəkər əlavə edib
yaxşıca qarışdırın. Onu qabda döyəcləyərək formaya salın və soyuducuda
saxlayın.



Qaymağı mikserlə bir qədər qarışdırdıqdan sonra üzərinə əridilmiş
şokolad və bir qədər isti su ilə qarışdırılmış kakao tozu əlavə edin.
Bütün ərzaqları ehtiyatla qarışdırın. Sonra isə qaymaqlı pendirlə şəkər
tozunu mikserlə çalın. Sonra onu şokolad kütləsi ilə birləşdirib yenidən
qarışdırın. Onu peçenyenin üstünə töküb donması üçün soyuducuya
yerləşdirin. Buzluqda 1 saat saxlayın.



30 dəqiqədən sonra soyuducunun aşağı hissəsinə qoyun. 30 dəqiqə də orada qaldıqdan sonra çizkeyki yemək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!