"Rafaello" Konfetlərinin Hazırlanması.

Şirniyyat və Tortlar
10.09.2017 391
"Rafaello" konfetlərinin hazırlanması:



İstifadə edilən məmulatlar:
1 qutu (400 qr) qatılaşdırılmış şirin süd 
150 qr kokos qırıntısı 
3 xörək qaşığı kərə yağı 
70 qr badam 
1 paket şəkərli vanil 



Hazırlanması:
Böyük qazana qatılaşdırılmıç südü boşaldın üzərinə kərə yağını əlavə edib qarıçdırın .Vam odun üstündə 15 dəqiqə müddətində fasiləsiz olaraq qarışdıra qarışdıra qaynadın. 
Sonra qazana kokos qırıntılarının 1/3 hissəsini və vanil əlavə edin.
Bütün bu kütləni birlikdə yaxşıca qarışdırın.Bundan sonra qazanı odun üstündən götürun və təxminən 7-8 dəqiqəliyə soyumaq üçün kənara qoyun.
Soyuduqdan sonra bu kütlədən kiçik ölçüdə kürələr hazırlayın və bu kürənin ortasına badam yerləşdirin.Daha sonra bu kürəni qalan kokos qırıntilarının içərisində hərlədib kürəni bu qırıntılar ilə örtün.Hazır olduqdan sonra bərkimək üçün soyuducuya qoyun.Soyuducudan çıxartdıqdan sonra səliqə ilə gözəl boşqaba düzüb üstünə kokos qırıntıları səpin və süfrəyə verin.

[/b][/b][/b][/b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!