Misir tortu resepti

Misir tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

xəmir (1 korj üçün, cəmi 3 korj):


3 yumurtanın ağı

2,5 x.q. şəkər tozu

0,5 x.q. un 

50 q xırdalanmış qoz (yaxud fındıq)

(3 korj üçün göstərilən ərzağı 3-ə vurun)



krem:

10 yumurtanın sarısı 

10 x.q. şəkər tozu

5 x.q. un

2 paket vanilli şəkər tozu

350 ml süd

170 q kərə yağı



xırt-xırt içlik:

350 ml qaymaq 

200 q şəkər tozu

120 q doğranmış qoz, yaxud fındıq 



Hazırlanması:

Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü
qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq
qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın.
Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək
çalın. 



Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm
çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır. Unu və
qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş,
yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada
20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın). 



Xırt-xırt içlik: Şəkər tozunu qazançada əridin, karamel halına
gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci
perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz
halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın.
Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin. 



Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin. 



Xırt-xırtlı içliyi çəkin. 



Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).



Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!