Gül pirojnası resepti - FOTO RESEPT

Gül pirojnası resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi: 

3 yumurtanın sarısı 

200 ml xama

200 q kərə yağı

1 çimdik duz 

300-350 q un



iç: 

3 yumurtanın ağı

0.5-1 st. şəkər tozu

vanil

 

Hazırlanması: 

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarısına
duz, xama, kərə yağı əlavə edib qarışdırın. Un qatıb xəmir yoğurun.
Kündələyin, qida plyonkasına büküb soyuducuda 1-2 saat saxlayın.

Bu müddət keçəndən sonra sobanı qızdırın, içi
hazırlayın. Yumurta ağlarını şəkər tozunu tədricən əlavə etməklə möhkəm
çalın. Vanil əlavə edib yenə çalın.

Xəmiri iki yerə bölün. Hər ikisini nazik yayın. Üzərinə iç çəkin. Nazik rulet kimi bükün. İçin artığını ehtiyatla götürün. 

Ruleti iti bıçaqla sürətlə barmaq qalınlıqda doğrayın
ki, iç dağılmasın. Sonra perqament döşənmiş siniyə düzüb əlinizlə
düzəldin. 

200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.




 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!