Banan içlikli konfet resepti - FOTO RESEPT

Banan içlikli konfet resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 47
Tərkibi: 

1 qutu peçenye

1 dolu x.q. bişmiş qatılaşdırılmış süd

0.5 banan

2 x.q. xırdalanmış qoz

yarım plitka ağ şokolad

 

Hazırlanması: 

Peçenyeni blenderdə, yaxud oxlovla xırdalayın. 

Bu ovuntuğa bişmiş qatılaşdırılmış südü əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.

Bananı doğrayın. 

1-ci variant: peçenyeli qarışıqdan bir qədər götürüb
yastılayın, ortasına banan qoyub bükün, yumrulayın. Üzərinə əridilmiş
şokolad çəkib qoza batırın. 

2-ci variant: Qozu da peçenye qarışığına qatın,
kütləni kolbasa formasına salıb yastılayın. Ortası boyunca doğranmış
bananı düzüb kənarlarını birləşdirin, yenə hamar kolbasa formasına
salın. Bıçaqla bərabər dilimlərə doğrayın. Kəsik yerlərini əridilmiş
şokolada batırın. Şokoladın donması üçün bir neçə dəqiqə dondurucuda
saxlayın. 




 

 

 

 

 

 

 

 

 

  Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!