Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi: 

xəmir: 


200 ml süd

2 yumurta

10 q quru maya 

200 q kərə yağı

2 x.q. şəkər tozu

1 çimdik duz

1 paket vanilli şəkər

1 kq un (az və ya çox ola bilər)

 

iç: 

ərik 

şəkər tozu

 

Hazırlanması:

Südü azca qızdırıb mayanı içində əridin (sadəcə
qarışdırıb 15 dəqiqə saxlayın). Yumurtaları duz və şəkər tozu ilə çalın
(1 yumurtanın sarısını üzərinə çəkmək üçün saxlayın). Yumşalmış yağ
əlavə edin. Mayalı südlə unu qatıb elastik xəmir yoğurun. Ələ
yapışmamalıdır. Xəmiri qida plyonkasına büküb ən azı yarım saat
soyuducuda saxlayın. 

Ərikləri yuyub dənəsini çıxarın. 

Bu roqalik üçün jardel sortundan olan əriklər daha uyğundur: xırdadır, çox şirə buraxmır, əvəzində ətirli və dadlıdır. 

Xəmiri dörd yerə bölün. Hər birini nazik yayıb 8 yerə
bölün. İçinə ərik qoyub azca şəkər tozu səpin, sonra roqalik kimi büküb
kənarlarını bitişdirin. 

Sobanı qızdırın. Roqaliklərin üzərinə azacıq süd və
şəkər tozu ilə qarışdırılmış yumurta sarısı çəkin. Formaya düzün, 200
dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 




 

 

 

 

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!