Çiyələk və banan kremli çizkeyk

Çiyələk və banan kremli çizkeyk
Şirniyyat və Tortlar
10.09.2017 17



Çiyələk və banan kremli çizkeyk



İstifadə olunan məmulatlar:



Biskvit:

Un – 110 qr

Yumurta sarısı – 5 ədəd

Yumurta ağı – 5 ədəd

Şəkər tozu – 125 qr


Sous:

Çiyələk püresi 100 qr

Banan – 90 qr

Sirop – 50qr

Limon qabığı – 4 qr


Krem:


Filadelfiya ( və ya şor olmayan ərinmiş ) pendiri – 200 qr

Qaymaq – 100 qr

Şəkər kirşanı – 30 qr

YUMURTA - 1 ədəd

Un – 20 qr


Hazırlanması:



Biskvit: Yumurta ağını şəkər tozu ilə birlikdə çalın.Yumurta sarısını əl ilə ( qaşıq ilə ) ayrıca çalın və yumurta ağının üstünə əlavə edin.Sonra bütüb unu əlavə edib xəmir hazırlayın.Xəmiri tavaya yayıb 200 dərəcədə 7 dəqiqə müddətində bişirin.Xoşunuza gələn forma seçin və bişirdiyiniz biskvitdən ona uyğun kəsib çıxardin. Kəsib çixartdığınız biskviti formanın içərisinə yerləşdirin.

Krem: Pendiri qaymaq , şəkər kirşanı, və yumurta ilə yaxşıca çalib qarışdırın.Sonra qarışdira qarışdıra tədricən un əlavə edin. Hamısını birlikdə eynicinsli kütlə əmələ gələnə kimi qarışdırın. Alınmış kremı formanın içərisində yerləşdirdiyiniz biskvitin üzərinə tökün və 130 dərəcədə 1 saat müddətində bişirin.

Sous: sous üçün istifadə olunan bütün məmulatları blenderdə bir birinə qatın.Limon qabığını sürtgəcdən keçirib bu kütləyə əlavə edin və yenidən qarışdırın.

Hazırlanmış tortu otaq temperaturunda soyudun və şəkər tozu ilə çalinmiş qaymaq ilə bəzəyin.Süfrəyə verəndə üzərinə sous əlavə edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!