Odun tortu resepti - FOTO RESEPT

Odun tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

500 q mayasız qat-qat xəmir

350 q kərə yağı

250 q qatılaşdırılmış süd

1-2 x.q. konyak

 

Hazırlanması:

Xəmiri 1-2 sm enində şəridlərə doğrayın. Şəridləri siniyə bir-birindən aralı düzün.

200-220 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.

Bişmiş şəridləri otaq temperaturunadək soyudun. 3-4 ədəd daha çox qızarmışını isə ayırıb tortun bəzəyi üçün saxlayın.

Otaq
temperaturunda olan kərə yağını mikserlə çalın. Bir az qatılaşdırılmış
süd əlavə edib çalın. Konyak əlavə edib yenidən çalın. Sonda yenə
qatılaşdırılmış süd əlavə edib çalın. 

Bir neçə qat qida plyonkasını masanın üstünə düzün. Şəridləri aralarına krem çəkməklə yanaşı və üst-üsə yığın. 

Kremin
qalanını bütün tortun üzərinə çəkin. Plyonka ilə bükün və plyonkanın
kənarlarını da bərk büzüb bağlayın ki, tort odun forması alsın.

Soyuducuda 1 gecə saxlayın. Kənara qoyduğunuz bişmiş xəmiri ovuntuq halına salın.

Tortu
soyuducudan çıxarıb plyonkanı açın, ovuntuğu üzərinə səpin. Sonra tortu
qaba qoyub süfrəyə verəcəyiniz vaxta qədər soyuducuda saxlayın.

 

Qeyd:

Şəridlər nə qədər nazik olarsa, kremi daha tez və daha yaxşı hopdurar.

Tortu pizza bıçağı ilə kəsmək daha rahatdır.

Tortdakı konyak ona qoz dadı vermək üçündür.

Gərək tortu yığarkən onu sıx edəsiniz, yoxsa doğrayan zaman dağılacaq.

Ovuntuğu tortun üstünə səpərkən əllərinizlə yüngülcə basın (yaxşı olar ki, əlləriniz də bu zaman isti olsun). 





 

 

 

 

 

  Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!