Nazik blinçik (xəmiri) resepti - FOTO RESEPT

Nazik blinçik (xəmiri) resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Hazırlanma vaxtı: 
40 dəqiqə

Tərkibi:


2 ədəd yumurta

700 qr qatıq 

2 stəkan su

1,5 x/q şəkər tozu

2 ç/q soda

1,5-2 ç/q sirkə

4 stəkan un

1 ç/q duz



Hazırlanması:

Məhsullar hazırlanır.
 

3 litrlik qazana 2 ədəd yumurta əlavə edilib çalınır.
 

Duz və şəkər tozu əlavə edilir.
 

Yaxşı qarışdırılandan sonra üzərinə qatıq əlavə edilir və yenidən qarışdırılır.
 

Alınan məhlula ilk öncə soda, üzərinə isə sirkə əlavə edilib yaxşı qarışdırılır.
 

Un ələkdən keçirilib qazana əlavə edilir. Unu ələkdən keçirməkdə məqsəd blinçiklərin daha köp alınmasıdır.
 

Un tədricən əlavə edilərək məhlul qarışdırılır. Nəticədə alınan məhlul qabarıqsız olmalıdır.
 

Şəkildə görsəndiyi kimi, un tam itənə qədər qarışdırılır.
 

Beləliklə
blinçik xəmiri hazırdır. Qızardılmasına lazım olan əşyalar hazırlanır:
tava, çömçə, yağ və tavanın dibini hər yeni porsiyada yağlamaq üçün
marlya (və ya mətbəx fırçası)
 

Tava
yağlanandan sonra, çömçə vasitəsi ilə tavaya maye xəmir əlavə edilir,
tavanı hər tərəfə əyməklə xəmir dairəvi yayılır. Hər yeni porsiyada
qazandakı maye xəmiri qarışdırmağı unutmayın.
 

Blinçikin qıraqları qızardıqda artıq onu çevirmək olar.
 

Qızılı rəng alana qədər digər tərəfi qızardılır.
 

Hazır blinçikləri isti-isti bal ilə süfrəyə vermək olar. 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!