Biskivitli pudinq resepti

Biskivitli pudinq resepti
Şirniyyat və Tortlar
10.09.2017 19
Tərkibi: 

6 su stəkanı süd

1,5 su stəkanı toz şəkər

10 xörək qaşığı üyüdülmüş un

1 xörək qaşığı nişasta

1 paket vanil

Yarım paket kakaolu petibör biskvit



Üzəri üçün:


Şokolad sos

Çiyələk



Hazırlanması:

Pudinqi
üçün, südü qazana tökürük. Toz şəkəri, üyüdülmüş unu, nişasta və vanili
əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya
koyulaş-ıb qaynayanda altını bağlayırıq. Ortası deşik tort qəlibin içinə
soyuducu poşet-ini qayçıyla kəsib qəlibə yayırıq. Üzərinə fırçayla duru
yağ sürürük. Qəlibə pudinqi tökürük. Biskvitləri ikiyə sındırıb
şirininin üzərinə aralı olaraq batırırıq. Bu şəkildə soyumağa qoyuruq.
Biskivitmiz soyuyanda boşqaba tərsinə çeviririk.



Çiyələkləri
təmizləyib dördə kəsirik. Şirininin ortasındakı boşluğa doğranmış
çiyələyi qoyuruq. Üzərinə şokolad sous tökərək servis edirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!