Çex bulkası resepti - FOTO RESEPT

Çex bulkası resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 6
Praqadakı Staromest meydanında trdlo bulkasının
satıldığı dükanlar suvenir mağazalarını sayına görə üstələyir. Trdlo
bişən közün, bulkaların ağlı başdan alan qoxusu turistləri dəstə-dəstə
cəlb edir. Evində trdlo bişirmək istəyənlər isə xüsusi trdlo şişləri
yerinə oxlov, metal boru və digər avadanlıqdan istifadə etməli olurlar.
Amma əziyyətinə dəyər. 

 

Tərkibi (4 pay): 

650 q un

50 q darçın

100 q fındıq

30 q yaş maya

100 q kərə yağı

2 yumurta

1 st süd

6 x.q. ağ şəkər tozu (narın)

 

Hazırlanması: 

Maya, 1/4 st. isti su, 1 ç.q. un və 1 ç.q. şəkər tozunu qarışdıraraq barata hazırlayın. İsti yerdə 15-20 dəqiqə qalsın. 



Yumurtaların ağını sarısından ayırın. 

Tayqulpda kərə yağını əridin, dərin ləyənə töküb süd
və iki yumurtanın sarısı ilə qarışdırın. Unun qalanını və baratanı əlavə
edin. 1 st. şəkər tozundan 1 x.q. qədər götürüb kənara qoyun, qalanını
və azacıq duzu xəmirə əlavə edin (kənara qoyduğunuz şəkər tozu bulkanın
üzərinə səpiləcək). 

Əlinizlə elastik xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerə qoyun, hər dəfə şişdikcə ətləyin (iki dəfə).  

Hazır xəmiri bir neçə bərabər hissəyə bölün. Yayın. Hər birini iti bıçaqla 5 sm eni olan uzun şəridlərə bölün. 

 

Metal boruya (yaxud üzərinə folqa çəkilmiş karton boruya) şəridləri dolayın. Xəmirin kənarını səliqəylə yapışdırın. 



Hazır olduqdan sonra hər tərəfinə yumurta ağı çəkin.

 

Sobanı 200 dərəcə qızdırın. 

Fındığı əzib (yaxud üyüdüb) 1 x.q. şəkər tozu və
darçınla qarışdırın. Bir boşqaba tökün. Boruya doladığınız xəmirləri bu
qarışığa batırın.

Sininin içinə xəmiri siniyə yapışmayacaq hündürlüyə qaldırmaq üçün əşya qoyun. Sonra boruları üzərinə düzün. 

Bulkalar 20 dəqiqə bişirilir. Bu müddətdə iki dəfə çevirin ki, hər tərəfi qızarsın. 

Bulkaları sobadan çıxarandan sonra bir qədər soyudun, sonra borudan çıxarın. 

Boşqaba yığıb üzərinə şəkər pudrası səpin.



















Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!