Nutellalı pizza resepti

Nutellalı pizza resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

1,5 stəkan un

1/2 stəkan ilıq su

1/2 çay qaşığı quru maya

1 xörək qaşığı süd

1 yemək qaşığı zeytun yağı

1/4 çay qaşığı duz

Üstü üçün:

200 qram nutella

200 qram ağ şokolad

 

Hazırlanması:

Pizza
xəmirini hazırlamaq üçün quru mayanı ilıq su ilə qarışdırdıqdan sonra
köpməsi üçün 10 dəqiqə gözləyin. Ələnmiş un və duzu qarışdırın. Zeytun
yağı, süd və mayanı unun orta hissəsinə əlavə etdikdən sonra bütün
ərzaqları qarışdırıb xəmir yoğurun. Daha sonra pizza xəmirinin özünə
gəlməsi üçün üzərini yüngül nəmli bir pambıq dəsmalla örtüb otaq
temperaturunda 30 dəqiqə saxlayın.

Gəlmiş xəmirin daha asan açılması üçün onu streç sellofanla büküb soyuducuda ən az 30 dəqiqə saxlayın.

 

Növbəti
mərhələdə xəmiri yağlı kağız və ya unlanmış mətbəx stolu üzərində bir
oxlov köməyi ilə açın. Xəmirin alt və üst hissəsinin eyni dərəcədə
bişməsi üçün açdığınız xəmiri yağlı kağıza qoyub sonra kağızla birlikdə
birbaşa sobanın dəmir tor simi üzərinə yerləşdirin. Bu şəkildə pizzanın
altı və üstü bərabər temperaturda bişəcək. Xəmirin çox qalxmaması üçün
bir-iki yerdən çəngəllə deşin. Nazik pizza xəmirini  əvvəlcədən
isidilmiş 250 dərəcə sobada 10-12 dəqiqə bişirin.

Sobadan
çıxan pizza soyuduqdan sonra üzərinə əridilmiş qara şokolad töküb
yayın. Daha sonra ərinmiş ağ şokoladı da töküb diş çöpünün köməyilə
zolaq şəklində düzəldin. Zövqə görə, pizzanın üstünə meyvə dilimləri də
düzə bilərsiniz.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!