Şokolad sousu ilə pankek resepti

Şokolad sousu ilə pankek resepti
Şirniyyat və Tortlar
10.09.2017 89
Tərkibi:

1 ədəd yumurta

1 çay stəkanı duru yağ

Yarım çay stəkanı süd

1 su stəkanı su

1 su stəkanı toz şəkər

1 çay  qaşığı qabartma tozu

2 və ya 3 su stəkanı un (göz qərarı)

 

Arası üçün:

1 paket sadə tort kremi

1 su stəkanı süd

 

Şokolad sousu üçün:

Yarım çay stəkanı un

Yarım çay stəkanı kakao

1 çay stəkanı toz şəkər

2 su stəkanı süd

 

Hazırlanması:

İlk
olaraq pankeklərimizin xəmirini etməyə başlayaq. Bunun üçün  qaba bütün
xəmir üçün olan ərzaqları  əlavə edib və mikserlə yaxşıca çalınır, keks
xəmiri halına gətirilir. Yağsız bir tava qazın üzərinə qoyulur  və
hazır xəmirdən  bir xörək  qaşığı tavaya tökərək blinçik kimi hər iki
üzü bişirilir. Bişirilmiş  pankeklərimizi  soyumağa buraxaq. Digər
tərəfdən şokolad sosumuzun vəsaitlərini bir qazana alaq və zəif qazda
 qarışdıraraq 3-4 dəqiqə bişirək.Bişən sosumuzu qazın üzərindən  alaq və
soyumağa buraxaq.Tort kremini  mikser qabına alaq, südü üzərinə tökək
və mikserlə yaxşıca çalınır.Tort  kremini pankeklərin arasına çəkilir
 və pankeklər üst - üstə yerləşdirilir. Soyuyan şokolad sosumuzu
pankeklerimizin üstünə tökək və xidmət edək.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!