Kəsmikli-limonlu peçenye resepti

Kəsmikli-limonlu peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 53
Tərkibi:

- Kəsmik - 250 qr 

- Şəkər tozu - 100 qr 

- Yumurta - 2 dənə 

- Bal - 1 xörək qaşığı 

- Kərə yağı - 100 qr 

- Un - 1 stəkan 

- Qabartma tozu - 1 çay qaşığı 

- 1/2 limon sedrası (qabığı) 



Hazırlanması:

1. Kəsmik blenderlə əzilir, sonra yumurta, şəkər tozu əlavə olunur və blenderlə yaxşı qarışdırırlır. 



2. Kütləyə ilıq (isti olmamalıdır) kərə yağı, bal, sürtgəcdən keçirilmiş 1/2 limonun sedrası əlavə olunur və qarışdırılır. 



3.
Ayrı qabda un qabartma tozu ilə qarışdırılır və yağlı-kəsmikli kütləyə
əlavə olunur. Xəmir yoğrulur. Xəmir yumşaq və yüngül alınır. 



4. Xəmirdən xırda kürəciklər düzəldilir və perqament (və ya xüsusi kağız) sərilmiş tavaya düzülür. 



5. Sobanı əvvəlcədən 180-2000C kimi qızdırıb peçenyeni 15-20 dəqiqə ərzində bişiririk. 



6. Peçenye soyuyandan sonra üzərinə şəkər kirşanı tökürük. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!