Yumurtasız tort resepti

Yumurtasız tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 100
Tərkibi:

3 su stəkanı un. 

Yarim su stəkanı kakao 

1 su stəkanı şəkər  tozu

2 su stəkanı süd (yarım yağlı) 

3/4 su stəkanı maye yağ (yarım su stəkanı + bir rüb) 

1 paket vanil 

2 paket qabartma tozu 

1 yemək qaşığı limonun suyu 

Bir çimdik duz 

Zövqə görə damla şokolad 



Sous üçün:

Hazır şokolad sous və ya puding 

Badam ləpəsi və ya istədiyimiz bəzəmələr



Hazırlanması:

Yumurta
qoxusunu sevməyənlər üçün və ya son anda evdə yumurta qalmadığını fərq
edələnlərə əla, yumşaq, ağızda dağılan bir tort reseptini paylaşıram. 



Bir qabda, un, qabartma tozu
və kakao ələkdən keçirilir. Şəkər, vanil və duz əlavə olunur. Digər maye
vəsaitlər qarışdırılır. Quru qarışığa tökülür və yaxşıca qarışdırılır.
Yağlı kağız sərilmiş sobanın qabına tökülür, 180 dərəcədə bişirilir.

Keks bişdikdən sonra soyumağa qoyulur və soyuyandan sonra  isti şokolad sousu üstünə tökülür.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!