Bananlı və badamlı tort resepti

Bananlı və badamlı tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 7
Tərkibi:

Xəmir üçün:


Yumurta - 3 ədəd

Şəkər - 200 qr

Banan 2 ədəd

Marqarin və ya kərə yağı - 200 qr

Soda - 1 ç.q.

Un



Şərbət üçün:

Limon - 1 limonun yarısı

Su - 200 q

Şəkər - 5 x.q.



Krem üçün:

Qaynadılmış qatılaşdırılmış süd - 1ədəd

Qatılaşdırılmış süd - 1ədəd



Bəzək üçün:

Badam və kakos ovuntusu



Hazırlanması:

Şəkər tozu ilə yumurtaları mətbəx süpürgəsi ilə qarışdırırıq.

Daha sonra çəngəllə əzilmiş banan püresini əlavə edirik.

Marqarin və ya yağ əridir, soda ilə qarışdırır və yavaş-yavaş hazır qarışığa əlavə edirik.

Az-az un əlavə edib xəmir alınana qədər qarışdıraq.

Sobanı 200 dərəcə qızdırıb, tavanı bitki yağı ilə yağlayırıq. Xəmiri nazik qat töküb bişməyə qoyuruq.

Qalınlığı 1-1,5 sm ölçüsündə 5 lay alınır.

Laylar bişdi, indi isə şərbət hazırlayaq.

Yarım limonu xırdalayırıq.

Bir qazana dilimlənmiş limon, su və şəkər tozu əlavə edib 15 dəqiqə vam istilikdə qaynadırıq.

Kremi hazırlayırıq.

Layları bir-bir kremləyir və hazırladığımız şərbətdən üzərinə əlavə edirik.

Bu ardıcıllıq beləcə davam edir.

Sonda isə tortumuzun üzərini badam və kakos ovuntusu ilə bəzəyirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!