Çiyələk souslu benye resepti - FOTO RESEPT

Çiyələk souslu benye resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Benye - fritürdə
qızardılmış ekler-ponçiklərdir. İçi boş, üstü isə xırt-xırtlı. Bunları
hazırlayarkən nəzərə alın ki, bişirərkən həcmi 3-4 dəfə böyüyür.



Belə
ponçikləri adətən süfrəyə portağal sedrası, yaxud darçınla
qarışdırılmış şəkər pudrasına batıraraq verirlər. Çiyələkli sousla da
çox dadlı olur.



Tərkibi (30-40 ədəd):

250 ml su

125 q kərə yağı

1/4 ç.q. duz

125 q un

1/2 ç.q. şəkər tozu

0,5 limonun sedrası

4 yumurta

fritür üçün bitki yağı



Çiyələkli sous:

400 q çiyələk

200 q şəkər tozu

1 x.q. balzam sirkəsi



Hazırlanması:

Çiyələk sousu:




Tavaya
çiyələk və şəkər tozunu qoyub orta itilikli odda qarışdıraraq şəkər
əriyincə bişirin. Balzam sirkəsi əlavə edib qarışdıraraq daha 10 dəqiqə
bişirin. Ocaqdan götürün.



Qazana su tökün, duz, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edin. Ocağın üstə qoyun, yağ əriyənədək bişirin.



Ocaqdan götürüb un əlavə edin.



Yenidən
ocağın üstünə qoyub daim qarışdıraraq təxminən 2-3 dəqiqə, xəmir özü
kündələnənədək, dibində nazik qazmaq əmələ gələnədək bişirin.



Qazanı ocaqdan götürüb xəmiri ləyənə qoyun. Bir-bir yumurta əlavə edib hər dəfə eynicinsli kütlə alınanadək çalın.



Əgər
stasionar mikser istifadə edirsinizsə, ən aşağı sürətdə çalın (ancaq
mikserdənsə çəngəl daha yaxşıdır). Xəmirin qatılığına nəzarət edin, o,
çox duru olmamalıdır. Hətta son yumurtanı ayrıca çəngəllə çalıb
hissə-hissə də əlavə edə bilərsiniz. Xəmir hamar və parıltılı
alınmalıdır.



Bitki
yağını dərin qazana töküb ocağa qoyun. Orta itilikli ocaqda qızdırın.
Yağın yaxşı qızdığını öyrənmək üçün oraya taxta çöp (taxta qaşığın
qulpunu) salın, kənarında köpük əmələ gəlirsə, deməli, qızıb.



Xəmirdən əlinizlə, yaxud çay qaşığı ilə xırda kündələr tutun, yağa salın. Təxminən 3 dəqiqə, hazır olanadək bişirin.



Kağız salfetin üzərinə düzüb yağını çəkməsini gözləyin.



Süfrəyə çiyələk sousu ilə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!