Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT

Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 37
Tərkibi:

200 q kərə yağı

1 st. xama

3 st.un

4 x.q. şəkər tozu

1 çimdik duz

10 q qabartma tozu

12 xırda alma

1 yumurtanın ağı + şəkər tozu (üzərinə)



Qeyd:1 st.=250 ml



Hazırlanması:

Unu qabartma tozu, duz və şəkər tozu ilə qarışdırın.



Ərinmiş yağ, xama əlavə edib xəmir yoğurun.



Xəmiri paketə büküb soyuducuya qoyun.



Almaların qabığını soyub iki bölün. Cecəsini çıxarın.



Xəmiri 24 yerə bölüb kündələyin.



Kündəni yayın. Ortasına almanın yarısını kəsiyi yuxarı olmaqla qoyun. Xəmirin kənarlarını almanın üstünə gətirib birləşdirin.



Bütün kündələri bu qaydada hazırlayın.



Hər peçenyenin qabarıq tərəfini yumurta ağına, sonra isə şəkər tozuna batırın.

[/center]



Yağlanmış siniyə "tikişi" üzü aşağı olmaqla düzün.



170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

[center]







Bişəndə alma peçenyenin içində zərif kremə çevriləcək, üzəri isə nazik şirin qazmaq kimi ləzzətli olacaq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!