Almalı-qozlu paxlava resepti

Almalı-qozlu paxlava resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

Xəmir:


5 st. un

2 yumurta

0,5 limon suyu

1 çimdik duz

1 armudu stəkan süd

1 armudu stəkan su



Xəmiri yaymaq üçün:

buğda nişastası



İç:

4 yaşıl (turş alma)

1 st. döyülmüş qoz ləpəsi

2 x.q. kərə yağı

1 x.q. limon suyu



Üzərinə:

125 q kərə yağı



Şərbət:

4 su st. su

4 su st. şəkər tozu

1 x.q. limon şirəsi



Hazırlanması:

İç:
Almaları sürtgəcdən keçirib üzərinə limon şirəsi səpin. Kərə yağını bir
tavada əridin, qozu içində qovurun, almanı əlavə edin. Qarışdıraraq 5
dəqiqə bişirin, bir kənara qoyun.



Xəmir:
Unun ortasında çala açın. Xəmir üçün gərəkli ərzaqları içinə qoyub
yaxşıca yoğurun. Üzərinə nəm dəsmal örtüb 30 dəqiqə saxlayın. Sonra 20
bərabər kündəyə bölün.



Nişastanın
köməyi ilə içində paxlavanı bişirəcəyiniz sini boyda yayın. Sinini
yaydığınız yuxaların üstünə qoyun, artığını kəsib çıxarın. Yuxaların
üstündəki əlavə nişastanı fırçanın köməyi ilə təmizləyin. 10 yuxanı
sininin içinə üst-üstə döşəyin. İçi üstünə yayın. Qalan 10 yuxanı da
üstünə döşəyin. Sonra xırda dördbucaqlı (kvadrat) paylara bölün. 125 q
yağı əridib üzərinə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada
üzəri qızaranadək bişirin.



Şəkər
tozu, su və limondan şərbət bişirin. Paxlava bişəndən sonra çıxarın.
Soyudun. İlıq şərbəti ilıq paxlavanın üstünə gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!