Qaragilə piroqu resepti

Qaragilə piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 76
Tərkibi:

1,5 stəkan qaragilə

4-6 x.q. şəkər tozu



Xəmir üçün:

2 stəkan un

200 qram kərə yağı və yaxud marqarin

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

Bir çimdik duz

1 yumurta sarısı



Şirə üçün:

180-200 qram xama

2 ədəd yumurta

2-3 x.q. şəkər tozu

1 ç.q. vanil şəkəri

2 x.q. kartof nişastası



Hazırlanması:

Xəmiri
hazırlayıb, soyuducuya yerləşdirin. Qaragiləni yuyub, təmizləyin.
Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə
bilərsiz.



Xəmiri
soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına
yerləşdirin. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində
bişirin. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə
qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.
Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.



Piroqun şirəsini hazırlamağa başlayın.



Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.



Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.



200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.



İstəsəniz
piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya
bilərsiz. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib
hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!