Çiyələkli vanilli tort resepti

Çiyələkli vanilli tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

250 qr kərə yağı

400 qr un

250 qr şəkər tozu

2 Ədəd yumurta

2 Su stəkanı qaymaq (krem üçün)

3 Yemək qaşığı pudra şəkəri

1 Paket vanil

2 Su stəkanı çiyələk

Nanə yarpaqları



Hazırlanması:

Bir qabın içinə otaq istiliyindəki kərəyağını yumşalana qədər qarışdırın.

Üzərinə unun üçdə birini əlavə edin və qarışdırın.

Qarışdırarkən əvvəl şəkər tozu ardından yumurta və daha sonra qalan unu əlavə edin.

Hamısı yaxşı qarışana qədər döyün.

30 * 40 santimetr böyüklüyündə bir nimçəni yağlı kağızla örtün və xəmiri nimçəyə boşaldın.

180 dərəcəlik sobada qızarana qədər bişirin.

Bişən xəmiri sobadan götürüb, soyumağa buraxın.

Soyuyan keksi üç bərabər parçaya bölün.

Bu vaxt qaymağı (kremi), pudra şəkəri və vanil ilə çırpın.

Bu kremdən ilk tort qatına sürün.

Üzərinə çiyələk sıralayın.

İkinci tort qatını üzərinə qoyun.

Krem sürün və yenə çiyələk sıralayın.

Son parça keksi də yerləşdirib, üzərinə qalan kremi sürün və çiyələkləri düzün.

Təzə nanə yarpaqları ilə bəzəyib, servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!