Taten piroqu resepti

Taten piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

0,5 kq gavalı

2 x.q. qoz ləpəsi

40 qram kərə yağı

0,5-0,75 stəkan şəkər tozu



Xəmir üçün:

270-300 qram un

200 ml süd

5-6 x.q. şəkər tozu

1,5-2 ç.q. qabartma tozu

2 ədəd yumurta

50-60 qram kərə yağı

Bir çimdik vanilin



Hazırlanması:

Gavalıları yuyub, 2 hissəyə bölərək, tumlarını çıxardın.

Qoz ləpəsini xırdalayın.

Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın.

Sonra üzərinə şəkər tozu və vanilin əlavə edib, yaxşıca qarışdırın.

Yumşaldılmış kərə yağın üzərinə süd, yumurta əlavə edib, mikserlə çalın. Sonra üzərinə tədricən unu tökərək, xəmiri yoğurun.

Xəmir qatı xama kimi olmalıdır.

Tavaya kərə yağı töküb, üzərinə şəkər tozu əlavə edərək qaynadın.

Sonra gavalıları kəsilmiş hissəsindən yerləşdirərək 3-4 dəqiqə ərzində güclü odda bişirin.

Bişən gavalıların üzərinə xırdalanmış qoz ləpəsi səpib, odun üzərindən götürün. Sonra gavalıların üstündən xəmiri tökün.

Piroqu 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.

Piroqun bişməyini bilmək üçün, kibrit çöpü ilə piroqun üzərinə basaraq, yoxlaya bilərsiz.

Bişmiş piroqu boşqabda çevirin. Bunun üçün piroqun üzərinə boşqab qoyaraq, səliqəli formada çevirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!