Kəsmikli yay piroqu resepti

Kəsmikli yay piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 47
Tərkibi:

100 qram kərə yağı

1 ədəd yumurta

1/3 şəkər tozu

1 ç.q. qabartma tozu

0,5 ç.q. vanil şəkəri

1,5 stəkan un

1 ç.q. kakao



Kəsmikli iç üçün:

500 qram kəsmik

3 ədəd yumurta

0,5 stəkan şəkər tozu

1 ç.q. nişasta

30 qram kərə yağı

kişmiş, qoz ləpəsi, limon qabığı (sedra), qara gavalı, qaysı qurusu



Hazırlanması:

Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın.

Boşqabda
yumuşaldılmış kərə yağın üzərinə şəkər tozu, kakao, yumurta və vanil
şəkəri əlavə edib, yaxşıca qarışdırın. Sonra tədricən un əlavə edib,
xəmir yoğurmağa başlayın.

Xəmirin
1/3 hissəsini ayırıb, dondurucu kameraya qoyun. Qalan xəmirin 2/3
hissəsini isə yayıb, bişirmək üçün xüsusi forma qabına yerləşdirin.

Kişmiş
və yaxud digər quru meyvələri yuyub, xırda-xırda doğrayın. Yumurtanın
ağını sarısından ayırıb, soyuducuya yerləşdirin. Yumurtanın sarısını isə
yaxşıca çalın. Kəsmiyi qaşıqla əzib, üzərinə şəkər tozu, vanil şəkəri
əlavə edib, qarışdırın. Sonra kəsmiyin üzərinə əridilmiş kərə yağı,
nişasta və yumurtanın sarısını tökərək, yenidən qarışdırmağa davam edin.

Hazırladığınız qarışığın içinə xırda doğranılmış kişmiş və ya başqa quru meyvələri əlavə edib, qarışdırın.

Soyudulmuş yumurta ağını mikserlə çalıb, kəsmikli qarışığın üzərinə tökərək, yaxşıca qarışdırın.

Hazırladığınız kəsmikli içi xəmirin üzərinə tökərək, bərabər şəkildə yayın.

Dondurulmuş xəmiri soyuducudan çıxarıb, sürtkəcin iri gözündən keçirərək, kəsmikli için üzərindən səpin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!