Portağallı keks resepti - FOTO RESEPT

Portağallı keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

1 st. turş qatıq

1 st. şəkər tozu

5-7 x.q. iysiz bitki yağı

2 st. un

1 yumurta

0,5 portağal

1 st. qoz-fındıq

0,5 ç.q. soda

darçın və ya vanil - zövqə görə



Hazırlanması:

Bir ləyənə qatıq töküb soda əlavə edin. Qarışdırın, bir qədər saxlayın.





Bu müddətdə portağalın qabığını sürtgəcin xırda gözündən keçirin, qoz-fındığı xırdalayın.





Başqa
bir qabda yumurtanı bitki yağı ilə çalın, sonra sodalı qatığa əlavə
edin. Şəkər tozu, un, ədviyyat əlavə edib yaxşıca qarışdırın (lopa
qalmasın). Xəmir xama qatılığında olmalıdır.





Xırdalanmış qoz-fındıq və portağal sedrasını əlavə edin.





Portağalı dilimləyin, doğrayın. Formaya azca xəmir tökün, üstünə portağal dilimi qoyun, üstündən yenə xəmir tökün.





Keksləri
15-25 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpüylə yoxlayın.
Hazır olandan sonra üzərinə şəkər pudrası da səpə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!