Sacherin şokolad tort resepti - FOTO RESEPT

Sacherin şokolad tort resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

Biskvit üçün:


110 q kərə yağı

220 q şəkər tozu

6 yumurta (ağı və sarısı ayrılır)

130 q şokolad

150 q un



Qanaş üçün:

180 q tünd şokolad (50% və daha çox kakao)

150 ml qaymaq



Arası üçün:

150 q ərik konfitürü və ya cemi

[/center]



Hazırlanması:

Otaq
temperaturunda olan kərə yağını şəkər tozunun yarısı ilə krem
qatılığına gələnədək çalın. Yumurta sarılarını əlavə edib yenə çalın.

[center]




Yumurtaların ağını şəkər tozunun qalanı ilə merengi halına düşənədək çalın.

[/center]



Şokoladı su hamamında əridin, yağlı-yumurta sarılı qarışığa əlavə edin.

[center]




Çalın.

[/center]



Şokoladlı qarışığa merengini əlavə edin, üstünə unu ələyin.

[center]




Səliqə
ilə, aşağıdan yuxarıya qaldırmaqla eynicinsli kütlə halına gələnədək
qarışdırın. Çalışın, merenginin havasını çox çıxarmayasınız.

[/center]



Siniyə
perqament döşəyin, xəmiri içinə tökün. 180 dərəcə qızdırılmış sobada
təxminən 30 dəqiqə bişirin (sobalar fərqləndiyindən, əgər lazım gələrsə,
bir qədər artıq bişirin). Sobadan çıxarın, 15 dəqiqə saxlayın, sonra
formadan çıxarıb tam soyudun.



Qanaş: şokoladı xırda doğrayın. Qaymağı qaynara düşənədək qızdırın, şokoladın üzərinə əlavə edin, şokolad tam əriyənədək qarışdırın.

[center]




Qanaşı otaq temperaturunda 15 dəqiqə saxlayın.



Soyumuş
biskviti ortadan iki korja bölün. Arasına ərik cemi və ya konfitürü
çəkin. Tortun üzərinə qanaşı çəkin. Soyuducuda iki saat saxlayın.
Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.

[center][/center]

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!