Qarağatlı biskvit ruleti resepti - FOTO RESEPT

Qarağatlı biskvit ruleti resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

Xəmir üçün:


2 yumurta

50 q şəkər tozu

50 q un

20 q kərə yağı

1 ç.q. qabartma tozu

qida boyası (məsələn, qırmızı)



Krem üçün:

250 q maskarpone pendiri

1 yumurta

40 q şəkər tozu

200 q qırmızı qarağat (+zövqə görə şəkər tozu)

1 x.q. nişasta



Hazırlanması:

2 yumurta və 50 q şəkər tozunu çalın. Əridilmiş kərə yağı, un və qabartma tozu əlavə edib yaxşıca qarışdırın.





Xəmirdən 2 x.q. qədər ayırın, qida boyası və 1 x.q. un əlavə edib qarışdırın.





Qırmızı xəmiri silikon döşəmə, yaxud perqament kağızının üstünə naxış formasında salın.





Sobanı 190 dərəcə qızdırın. Naxışlı xəmir olan sinini sobada 2 dəqiqə saxlayın (nə az, nə çox).



Sonra çıxarın və üstünə açıq rəngli xəmiri yayın. Sobada 5-7 dəqiqə bişirin.





Hazır korju döşəmə və ya perqamentlə birlikdə təmiz dəsmala bükün, soyudun.





Qarağatı blenderdə qarışdırın.





Sonra ələkdən keçirin.





Qarağat
lətini tayqulpa tökün, üstünə zövqə görə şəkər tozu əlavə edin, ocağın
üstə qoyun. 1 x.q. nişastanı 50 ml soyuq suda qarışdırın, tayqulpdakına
əlavə edin, qatılaşanda ocaqdan götürüb soyudun.





Pendir, şəkər tozu və 1 yumurtanın sarısını eynicinsli kütlə alınanadək çalın.





Möhkəm çalınmış yumurta ağını buraya əlavə edib yaxşıca qarışdırın.





Korju açın və silikon döşəmədən (yaxud perqamentdən) səliqə ilə ayırın. Üstünə giləmeyvəli sousu çəkin.





Sonra
maskarponeli kremi çəkin. Bir neçə təzə giləmeyvə düzün. (Əgər
yumurtalı kremi xoşlamırsınızsa, krem-şantidən də istifadə edə
bilərsiniz. Amma kremin qatı olması üçün istifadə edəcəyiniz südün
miqdarını gərək azaldasınız).





Rulet kimi bükün.





Hazır ruleti soyuducuda iki saat saxlayın.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!