Türingiya piroqu resepti - FOTO RESEPT

Türingiya piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

Xəmir üçün:


125 ml süd

75 q kərə yağı

50 q şəkər tozu

1/4 ç.q. duz

10 q quru və ya 25 q yaş maya

1 yumurta

325 q un

1 ç.q. sürtgəcdən keçirilmiş limon sedrası



Kəsmikli lay üçün:

500 q kəsmik (18% yağlılıqlı)

125 ml süd

1 yumurta

75 q şəkər tozu

75 q un

2 x.q. limon şirəsi

1 x.q. tünd rom



Meyvə qatı üçün:

600 q gavalı (başqa meyvə də olar)



Sous üçün:

500 q yağlı xama (22%-dən artıq)

2 yumurta

25 q un

50 q şəkər tozu

[/center]



Hazırlanması:

Xəmir: Öncə
südü tayqulpa tökün, yağ, şəkər tozu əlavə edib ocağın üstə qoyun. Yağ
əriyəndə ocaqdan götürüb otaq temperaturunadək soyudun. Maya əlavə edib
qarışdırın (tam ərisin).

[center]




Sedra, duz və yumurta əlavə edib çalın. Tədricən ələnmiş un əlavə edib xəmir yoğurun.



Xəmir
yumşaq olmalıdır. Un reseptdə göstəriləndən az və ya çox tələb oluna
bilər. Xəmiri ləyənə qoyub ağzına qida plyonkası çəkin, isti yerə qoyun.
1-1,5 saata xəmir 2 dəfə gəlməlidir.

[/center]



Kəsmikli lay: bunun üçün lazım olan ərzaqları eynicinsli kütlə halına gələnədək qarışdırın.

[center]




Gavalıları 4 bölüb çərdəklərini çıxarın.

[/center]



Sous: Xamanı şəkər tozu, yumurta və unla çalın.



Gəlmiş xəmiri ətləyin, yayın, içinə perqament qoyduğunuz siniyə döşəyin, kənarlarını qaldırın.

[center]




Üzərinə kəsmikli qarışığı tökün, hamarlayın.

[/center]



Meyvələri düzün.

[center]




Xamalı-yumurtalı sousu üzərinə tökün.

[/center]



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə, hazır olanadək bişirin. Üzərindəki sous bərkiməli, axmamalıdır.

[center]




Piroqu isti və ya tam soyudulmuş halda süfrəyə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!