Almalı qızılgüllər resepti - FOTO RESEPT

Almalı qızılgüllər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

250 q hazır şəkərli xəmir

250 q rikotta pendiri

3 yumurta

100 q şəkər tozu

1 x.q. qarğıdalı nişastası

5-6 alma

2 x.q. zövqünüzə görə olan mürəbbə



Hazırlanması:

Xəmiri
dərin kənarlı siniyə yayın. Çəngəllə bir neçə yerdən deşin. Üstünə
perqament çəkib, ağır yük qoyun (məsələn, torbada düyü və s.). Bu ondan
ötrüdür ki, xəmir çox şişməsin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə
bişirin.





Yumurtanı şəkər tozu və nişasta ilə qarışdırın.





Rikotta əlavə edib qarışdırın.





2 qaşıq mürəbbə əlavə edin.





Sobadakı sinini çıxarıb qarışığı yarımhazır korjun üstünə tökün. Yenidən 180 dərəcədə 15 dəqiqə bişirin.





Almanı qabığını soyurmuş kimi şəridlərə doğrayın.





Bunları spiral kimi yığaraq qızılgül forması verin.





Sobadakı
sinini çıxarın. İçindəki bir az bərkimiş olacaq. "Qızılgülləri" səliqə
ilə üstünə düzün. Sobada daha 15-20 dəqiqə bişirin.





Hazır piroqu azca soyudun.











Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!