Almalı maffinlər resepti - FOTO RESEPT

Almalı maffinlər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi:

2 yumurta

100 q kərə yağı

100 q şəkər tozu

60 ml bal

210 q un

1 ç.q. qabartma tozu

1 çimdik duz

1 limonun sedrası və şirəsi

3 alma

qoz - istəyə görə



Hazırlanması:

Un, duz və qabartma tozunu qarışdırın.





Ayrıca qabda yumurtanı şəkər tozu ilə ağarıncayadək möhkəm çalın.





Kərə yağını əridib soyudun. Çalınmış yumurtaya bal, yağ, sedra və limon şirəsini (2 ç.q.) əlavə edin.





Un qarışığını əlavə edib xəmir yoğurun. Almaları doğrayıb xəmirə qatın. Xırdalanmış qoz da əlavə edə bilərsiniz.





Xəmiri
formalara tökün. Əgər içinə qənnadı kağızı qoymursunuzsa, formaların
içini kərə yağıyla yağlayıb un səpin. 180 dərəcə qızdırılmış sobada 15
dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!