Bananlı taten resepti

Bananlı taten resepti
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi:

1 lay qat-qat xəmir

90 q kərə yağı

3/4 fincan qəhvəyi şəkər tozu

0,5 ç.q. darçın

1/8 ç.q. duz

5 iri yetişmiş banan

vanil

2 x.q. tünd rom



Hazırlanması:

Sobanı 200 dərəcə qızdırın.



Xəmiri azca un səpilmiş masada yayın. Dairəvi formanın ölçüsündə kəsin (26 sm diametrli qab üçün uyğundur).



Xəmiri perqamentin üzərinə qoyun. Bir neçə yerdən kəsik atın.



Kərə
yağını formanın içinə qoyub orta itilikli odda əridin. Şəkər tozu,
vanil, darçın və duz əlavə edin. 3 dəqiqə, kəhrəba rəngi alanadək
bişirin. Bananları təmizləyin, uzunasına ortadan bölüb formaya düzün. 3
dəqiqə bişirin. Üzərinə rom gəzdirin, sonra romun əksər hissəsi
buxarlanıb, karamel qatılaşanadək, təxminən 1-2 dəqiqə bişirin. Ocaqdan
götürün.



Xəmiri
bananların üzərinə çəkin. Sobaya qoyub təxminən 25 dəqiqə, qızılı rəng
alanadək bişirin. Sobadan çıxarın, ehtiyatla qaba tərs çevirin (qabı
formanın ağzına qoyun, cəld hərəkətlə çevirin, formanı yavaş-yavaş
qaldırın). Əgər bananlar yerini dəyişibsə, taxta düz qaşıqla yerinə
qaytarın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!