Giləmeyvəli bulkalar resepti - FOTO RESEPT

Giləmeyvəli bulkalar resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

450 q mayalı xəmir (un, su, duz, maya, 1 ç.q. şəkər tozu, 2 x.q. bitki yağı)

qara qarağat (yaxud digər giləmeyvə)

200 q kəsmik

1 yumurta

60 q kərə yağı

40 q şəkər tozu

2 x.q. şəkər pudrası

1 paket vanilli şəkər



Hazırlanması:

Xəmiri
üzərinə un səpilmiş lövhənin üstündə 5-7 mm qalınlıqda yayın. Stəkanla
dairələr kəsin (bunlar maffin (keks) qabına yerləşməlidir). Xəmirin
qalanından qalın borucuqlar düzəldin.

Maffin qablarını yağlayın, xəmiri içinə yerləşdirin, borucuqları isə bunun üstündən. Giləmeyvəni içinə doldurun.









Kəsmikli iç: kəsmiyin içinə 40 q şəkər tozu, 1 yumurtanın sarısı və vanilli şəkəri əlavə edib qarışdırın.





Giləmeyvənin üstündən kəsmikli iç qoyun, bulkaları 10-15 dəqiqə isti yerdə saxlayın.

[center]




180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.



Yumurtanın ağını 2 x.q. şəkər pudrası və 1 çimdik duzla möhkəm çalın.

[/center]



Bulkaların
üzərinə konditer torbasının köməyilə bu bezedən xırda-xırda çəkin.
Sonra bulkaları daha 10 dəqiqə bişirin (beze qızarınca)

[center]


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!