Zərif gilas piroqu resepti

Zərif gilas piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 57
Tərkibi:

Xəmir üçün:


100 q 9%-li kəsmik

1 yumurta

2 x.q. şəkər tozu

3 x.q. süd

75 q kərə yağı və ya marqarin

2 ç.q. qabartma tozu

1,5-2 st. un



İçi üçün:

1,5 st. çəyirdəksiz gilas



Sous üçün:

3 yumurta

100 ml 10%-li qaymaq

200 q kəsmik

3 x.q. şəkər tozu

1 x.q. mannı



Hazırlanması:

Kəsmiyi
yumurta və şəkər tozu ilə çalın. Süd, əridilmiş yağ, qabartma tozu ilə
qarışdırılmış un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.



Xəmiri yağlanmış siniyə qoyun, kənarlarını qaldırın (qabın formasını təkrarlasın).



Sousun ərzaqlarını mikserlə çalın. Gilasları xəmirin üstünə düzün. Sousu üstünə əlavə edin.



Əvvəlcədən qızdırılmış sobada 30-40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır piroqun üstünə şəkər pudrası səpə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!