Meyvəli merengi resepti - FOTO RESEPT

Meyvəli merengi resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 7
Tərkibi:

225 q yumurta ağı (təxminən 6 iri yumurtadan)

450 q şəkər tozu

250 ml yağlı qaymaq

Şəkər pudrası - zövqə görə

Meyvə - zövqə görə (məsələn, kivi, çiyələk, banan, üzüm, xurma, şaftalı və s.)



Hazırlanması:

Şəkər
tozunu yumurta ağının içinə, onu isə su hamamına qoyun, daim
qarışdıraraq əridin. Qarışıq çox qızmamalıdır, maksimal temperatur 43
dərəcə ola bilər.





Sonra
bunu mikserlə qatı köpük alınanadək çalın. Qatılığını yoxlamaq üçün
qaşıqla götürüb tərs çevirin, qaşıqdan axmamalıdır. Konditer torbasına
yığıb siniyə quş yuvası formasında sıxın.





120 dərəcə qızdırılmış sobada 1,5 saat qurudun. Hazır merenginin üstü xırt-xırt, içi isə yumşaq olmalıdır.



Qaymağa istəyə görə şəkər pudrası əlavə edib qatı köpük alınanadək çalın.





Konditer torbasının köməyilə bu kremi «quş yuvaları»nın içinə doldurun.





Merengiləri doğranmış meyvələrlə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!