Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT

Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

150 q südlü şokolad

150 q tünd şokolad

50 ml 33%-li qaymaq

30 q kərə yağı

100 q fındıq

50 q içliksiz quru vafli



Hazırlanması:

Vaflini xırdalayın (lap toz halına salmayın). 

Fındığı xırdalayın (qalın oxlovla üzərindən bir neçə dəfə getmək olar). 

Südlü şokoladı su hamamında, yaxud mikrodalğalı sobada 1,15 dəqiqə (1000 Vatt) əridin. 



Vafli, fındıq və əridilmiş südlü şokoladı qarışdırın. 



Kənarları hündür bir qabın içinə perqament döşəyin, qarışığı içinə yayıb hamarlayın. 



Soyuducuda iki saat saxlayın. 



Qanaş: qaymağı qızdırın (qaynatmayın), tünd şokolad və yağ əlavə edin. Yaxşıca qarışdırın.

Soyuducudakı fındıq-vafli qarışığını çıxarın, qanaşı üzərinə töküb hamarlayın. 



Yenidən soyuducuda 2 saat saxlayın. 



Doğrayanda bıçağı qızdırın. 

İstəsəniz,
doğranmış konfetlərin də üzərinə su hamamında əridilmiş tünd şokolad
çəkə bilərsiniz (bundan sonra da soyuducuda saxlamaq gərəkdir).





Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!