Asan Paxlava və yaxud Soçi piroqu resepti - FOTO RESEPT

Asan Paxlava və yaxud Soçi piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 10
25 paxlava üçün

Tərkibi:

Xəmir üçün:


3 stəkan əla növ un (465 g)

250 g kiçik-kiçik doğranmış kərə yağı

1 stəkan (200 g ) xama

1 çay qaşığı soda

2 yumurta sarısı



İç üçün:

2 səkan şəkər tozu

2 yumurta ağı

2 ½ stəkan (300 g) maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz
kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə hiss olunsun)



Üstü üçün:

1 yumurta sarısı

 

Hazırlanması:

Lazım olanlar: kənarları bir az hündür olan 20 x 30 cm ölçülərində
düzbucaq soba listi. Düzbucaq listiniz yoxdursa, yumru listlə əvəz edə
bilərsiniz.



Qeyd: Əgər pəhriz məqsədiylə, paxlavanızın çox şirin olmasını
istəmirsinizsə, onda içinə gedəcək şəkərin miqdarını azaldıb, yerinə
eyni miqdarda qoz əlavə edin.

1. Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.

 

2. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və
yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə
edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.





3. Xəmiri 3 hissəyə bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın.

 

4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və
yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu
əlavə edib, qaşıqla qarışdırın.

 

5. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.





6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az
unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 cm, qalınlığı isə 3 mm
olan düzbucaq şəklində açın.

 

7. Açdığınız xəmiri soba listinə yerləşdirin, və
əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava
sobadaykən, şirə bıraxdığına görə, xəmirin kənarlarını beləcə bərkidmək
lazımdır)





8. Bu layın üstünə için yarısını yayın.

 

9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın.





10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun.
Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər
paxlavanın ortasına yarım qoz ləpəsi qoyun

 

11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın. Nuş Olsun!















 

P.S:
qızlar çoxxxx dadlı olur, bişirməyi tövsiyyə edirəm, mən tez tez
bişirirəm, həm tez başa gəlir, həm də dadından doymaq olmur...

Bu da mənim bişirdiyim soçi piroqu...

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!