Ürək pecenyələr resepti

Ürək pecenyələr resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

Yumurta – 2 ədəd

Şəkər tozu – 2 stəkan

Soda və ya qabartma tozu - 1 çay qaşığı

Qatıq – 1 stəkan

Yağ – 1 stəkan bitki yağı

Un - lazımi miqdarda, yəni yoğrulduqca əlavə edilir.



Hazırlanması:

Ilk öncə yumurta ilə şəkər tozu yaxşıca qarışdırılır, daha sora qabartma
tozu və ya sodanı elə qatığın içərisinə töküb qarışdırmaq və əlavə
etmək olar, belə olduqda o daha yaxşı qarışmış və həll olmuş olur. Yağ
və un əlavə etdikdən sonra 1 xörək qaşığı ya bal ya da ki ağ gilas
mürəbbəsinin şirəsindən əlavə etmək olar, bu isə zövqdən asılıdır,
mütləq deyil.



Bütün ərzaqlar yaxşıca qarışdırıldıqdan sonra əllə yumşaq xəmir
yoğrulur. Xəmiri 1 saat saxlamaq lazımdır ki, özünə gəlsin. 1 saatdan
sonra xəmirdən fiqurlar vasitəsilə müxtəlif formalar və ya sadəcə əllə
yumru şəkildə düzəldərək üzərini ayrıca dayaz qabda qoyulmuş şəkər tozu
ilə örtdükdən sonra duxovkaya qoyub bişirilir.



Duxovkanı sinisini yağlamaq lazımdır ki xəmir yapışmasın. Çalışmaq lazımdır ki, üst hissəsi də çox bişməsin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!