Pryanik tortu resepti

Pryanik tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 35
Tərkibi

600 q şokoladlı pryanik

600 q 20-30%-li xama

100 q şəkər pudrası

2 banan

qoz

kokos yonqarı

şokolad



Hazırlanması:

Pryanikləri
uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər
pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın). 

Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın. 

Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun. 

Üzərinə bir lay banan döşəyin. 

Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir. 

Yenidən banan döşəyib üzərinə qoz səpin. 

Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir. 

Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.

Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz. 

Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun. 

Boşqaba tərs çevirib plyonkanı çıxarın. 

Süfrəyə
verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı
əridib çəkə, yaxud  da kokos yonqarı ilə bəzəyə bilərsiniz. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!