Qızardılmış banan deserti resepti

Qızardılmış banan deserti resepti
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi:

- 3 ədəd orta boy banan 

- 1 çay qaşığı kərə yağı 

- 1/2 portağal 

- 1 xörək qaşığı qara şəkər 

- 2 xörək qaşığı krem 

- 1 xörək qaşığı balqabaq tumu 



Hazırlanması:

Portağalın
suyunu çıxarın. Bananları soyub böyük dilimlərə bölün. Kərə yağını
yapışmaz tavada əridin. Dilim-dilim kəsilmiş bananları tavaya qoyub
rəngi qəhvəyiləşənə qədər qızardın. Sonra bananları ocaqdan götürüb
üzərinə portağal suyu və qara şəkər əlavə edin. Sonra qazanı yenidən
ocağın üstünə qoyub köpüklənənə qədər qızardın. Tavadakı bananları
sousla yaxşıca qarışdırın. Sonra boşqaba düzüb üstünə kremi tökün. Sonra
balqabaq tumunu səpin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!