Crazy cake (Dəlisov piroq) resepti

Crazy cake (Dəlisov piroq) resepti
Şirniyyat və Tortlar
10.09.2017 42
Crazy
Cake - ("Dəlisov piroq") amerikan piroqudur. Onu defisit vaxtı
fikirləşiblər. Sadə tərkibinə rəğmən dadı qeyri-adidir. Tərkibində yağ
yoxdur, amma yağlı tortlardan dadına görə heç də geri qalmır.



Tərkibi:

2 st. süd

2 st. un

1,5 st. şəkər tozu

6 x.q. kakao

4 ç.q. qabartma tozu



Krem:

2 st. süd

1 st. şəkər tozu

3 x.q. un

1 yumurta



Hazırlanması:

Un, şəkər tozu, kakao və qabartma tozunu qarışdırın.

İsti südü üzərinə töküb yüngülcə qarışdırın (tam qarışmalıdır).

Formaya töküb 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.



Krem: Südü
qaynadın. Yumurtanı şəkər tozu və unla çalın, qarışdıra-qarışdıra
qaynar südü əlavə edin, sonra ocağın üstünə qoyun, qarışdırmağı
dayandırmadan qatılaşanadək bişirin.

Şokoladlı biskviti 2, yaxud 3 korja bölün, isti kremi aralarına çəkin.

Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!