Şokoladlı duet tortu resepti

Şokoladlı duet tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi: 

biskvit:


60 q un 

20 q kakao 

60 q şəkər tozu

50 q kərə yağı

3 yumurta

1-2 ç.q. vanilli şəkər tozu



tünd şokoladlı muss: 

150 q şokolad

300 ml 30%-li qaymaq 

2 q jelatin 

1 yumurta

1 yumurtanın sarısı

30 q şəkər tozu



ağ şokoladlı muss: 

150 q ağ şokolad

300 ml 30%-li qaymaq 

4 q jelatin

1 yumurta

1 yumurtanın sarısı

30 q şəkər tozu



Hazırlanması:

26 sm diametrli formanın içinə perqament döşəyib yağlayın. 

Mikserin
qabına 3 yumurta, 60 q şəkər tozu, 1 ç.q. vanilli şəkər tozu qoyub
mikserin yüksək sürətində ağarıb, həcmi 3 dəfə artanadək çalın.  

60
q unla 20 q kakaonu qarışdırıb çaldığınız yumurta qarışığına iki
dəfəyə əlavə edin. Eynicinsli kütlə alınanadək bir istiqamətdə çalın. 

50
q kərə yağını əridin. Xəmirdən 2-3 qaşıq götürüb buraya əlavə edin,
qarışdırın, sonra əsas xəmirə əlavə edib səliqəylə qarışdırın.

Xəmiri
hazırladığınız formaya tökün. Hamarlayın. 180 dərəcə qızdırılmış sobada
15-20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır
biskviti sobadan çıxarın, 10 dəqiqə soyuduqdan sonra formadan götürün,
şəbəkənin üzərinə çevirib perqamenti çıxarın, bir kənara qoyun. 

Tünd
şokoladlı muss: 150 q şokoladı xırdalayıb su hamamında əridin. 300 ml
qaymağı çalıb soyuducuya qoyun. 2 q jelatini qablaşdırmasında göstərilən
qaydada isladın. Bir yumurta, bir yumurtanın sarısı və 30 q şəkər
tozunu başqa qabda qarışdırın. Su hamamında daim qarışdıraraq 57 dərəcə
C-dək qızdırın, mikser qabına töküb yüksək sürətdə çalın (yaxşı olar ki,
ştativli mikserdən istifadə edəsiniz, yəni mikser sizin dəstəyiniz
olmadan çala bilsin). Bu müddətdə jelatini əridin (qaynatmaq olmaz),
çalınmaqda olan yumurtalı-şəkərli qarışığa əlavə edin. Təxminən otaq
temperaturuna düşənədək çalın. Mikserin sürətini minimumadək azaldıb
nazik axınla əritdiyiniz şokoladı əlavə edin. Çaldığınız qaymağı
soyuducudan çıxarıb şokoladlı qarışığa üç dəfəyə əlavə edin. 

Kənarı
açılan 26 sm diametrli formaya biksvit korjunu qoyun, üzərinə tünd
şokoladlı mussu əlavə edib hamarlayın, dondurucuya qoyun.

Ağ şokoladlı mussun hazırlanması qaydası da elə tünd şokoladlıda olduğu kimidir, sadəcə jelatinin qədəri iki dəfə artıqdır.   

Dondurucudakı
formanı çıxarıb ağ şokoladlı mussu tünd şokoladlının üzərinə töküb
hamarlayın, soyuducuda minimum 10 saat saxlayın. 

Bu
müddətdən sonra tortu soyuducudan çıxarıb iti bıçaqla formanın
kənarından keçərək tortu ayırın. Sonra formanın kənarını açın (birbaşa
açanda tort dağıla bilər). 

Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.  Sadəcə kakao tozu da səpmək olar. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!