Lavantalı və qarağatlı keks resepti

Lavantalı və qarağatlı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

Keks üçün:


3 yumurta

3/4 stəkan şəkər tozu

1/2 stəkan günəbaxan yağı

2 yemək qaşığı süzmə

1 stəkan süd

1 çay qaşığı qurudulmuş lavanda

2,5 stəkan un

1 paket qabartma tozu

Qarağat, lavandalı sous üçün:

300 qram maskarpone pendiri

250 qram qarağat (mürəbbəsi də ola bilər)

2 yemək qaşığı bal

1/2 stəkan süd

2 damcı lavanda aroması



Hazırlanması:

Südü zəif odda qaynadın. Qurudulmuş lavanda toxumlarını südə əlavə edib
qarışdırın. Kiçik çay süzgəci ilə südü süzüb otaq temperaturunda
soyudun.



Yumurtalara şəkər tozu əlavə edib şəkər dənələri tamamilə əriyənə qədər
mikserlə qarışdırın. Daha sonra qaba günəbaxan yağı, süzmə və lavanda
ətirli süd, axırda isə ələnmiş un və qabartma tozu qatın. Bunları da
qarışdıra-qarışdıra edin.



Keks xəmirini dibi yağlanmış və ya yağlı kağız qoyduğumuz qəlibə tökün
və əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin.



Qarağat və lavanda qoxulu sous üçün:



Qarağatı püre halına gətirin. Maskarpone pendiri, bal, süd və lavanda
aromasını qarışdırıb qatı olmayan sous hazırlayın. Keks qabaranda
sobadan çıxarın. Otaq temperaturunda soyuduqdan sonra keksi qəlibdən
çıxarıb siniyə qoyun. Hazırladığınız sousu üzərində tökün. Qurudulmuş
lavanda toxumları ilə bəzəyib servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!