Kiyev tortu resepti - FOTO RESEPT

Kiyev tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi: 

korj:


220 q yumurta ağı

55 q + 200 q şəkər tozu

1 ç.q. vanilli şəkər tozu

50 q un

165 q qovrulmuş keşyu

(22 sm diametrli forma üçün)

 

Şarlott kremi:

1 yumurta + 1 yumurtanın sarısı

300 q şəkər tozu

225 q süd

375 q otaq temperaturunda kərə yağı

15 q kakao

1 x.q. vanil cövhəri

 

Hazırlanması: 

Yumurta ağlarını otaq temperaturunda 12 saat (hətta 1 sutka) saxlayın. 

Keşyunu xırdalayın, ələnmiş un və 200 q şəkər tozu ilə qarışdırın. 

Yumurta ağlarını möhkəm çalın, 55 q şəkər tozu və vanilli şəkər əlavə edib bir daha çalın. 

Keşyu-un qarışığını əlavə edib qaşıqla səliqəylə qarışdırın. 

İki formanın içinə perqament döşəyin. Kütləni iki yerə
bölüb bu formalara yığın. Hamarlayıb 160 dərəcə qızdırılmış sobada 90
dəqiqə bişirin. Əgər alt-üst bişirirsinizsə, təxminən 60 dəqiqə sonra
çıxarıb yerlərini dəyişin və daha 45 dəqiqə bişirin. 

Korjları formanın içində 12-24 saat soyudun. Bu müddət keçəndən sonra korjları formadan çıxarıb kağızdan aralayın. 

 

Şarlott kremi: 

Qalın dibli tavada yumurta, yumurta sarısı və südü qarışdırın. 

Şəkər tozunu əlavə edib ocağın üstünə qoyun. Qaynara
düşəndən sonra ocağı azaldın, daim qarışdıraraq 4-5 dəqiqə bişirin.
Qatılaşacaq. Bu şərbəti başqa qaba süzün. Üzərinə plyonka çəkib otaq
temperaturunadək soyudun. Soyuduqdan sonra vanil cövhəri  əlavə edin. 

Kərə yağını möhkəm, xeyli qabarınca çalın. Çalmağı
dayandırmadan şərbəti nazik axınla əlavə edin. Kremin 1/3-ni ayırıb
kakao qataraq çalın. 

Korjlardan birini perqamentin üzərinə qoyub üstünə
açıq rəngdə kremi çəkin (bir qədərini bəzək üçün saxlayın). İkinci korju
qoyun, əlinizlə azca basın. Şokoladlı kremi üzərinə və tortun
kənarlarına çəkin (bir qədərini bəzək üçün saxlayın). Tortun kənarlarına
keşyu ovuntuğu çəkin. Üzərini ağ və şokoladlı kremlə bəzəyin. Hazır
merengidən də istifadə edə bilərsiniz. 




 

 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!