Kremli peçenyelər resepti

Kremli peçenyelər resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

Yağ - 150 qr.

Un - 3,5 stəkan

Qatıq - 3 xörək qaşığı

Qabartma tozu - 50 qr.



Krem üçün:

Süd - 1,5 stəkan

Un - 3 xörək qaşığı

Şəkər tozu - 5 xörək qaşığı

Yumurta sarısı - 1 ədəd

Kivi - 5 ədəd

Vanil



Hazırlanması:

Krem: Süd, un, vanil, şəkər tozu və yumurta sarısını bir qabda
qarışdırıb, sobada qatılaşana qədər bişirin. Hazır olandan sonra soyumaq
üçün soyuducuya yerləşdirin.

Xəmir: Yağı əridib, soyudun. Una qabartma tozu qatıb, ələyin. Üzərinə
qatıq və əridilmiş yağı əlavə edib, yoğurun. Xəmir hazır olduqdan sonra
onu 1 saat saxlayın. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldib,
əlinizlə yastıladın. Ortasına kremdən bir az qoyub, üzərinə fındıq
səpib, bükün və sobada bişirin. Peçenyelər hazır olduqdan sonra kənarını
kiçik kəsib, içərisinə uzunsov doğranmış kivi qoyun. Üzərinə qənd
kirşanı səpib, süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!