Limonlu cheesecake resepti

Limonlu cheesecake resepti
Şirniyyat və Tortlar
10.09.2017 5
Son
günlər "cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq
çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat
növünə üstünlük verir.

 

Tərkibi:


2 paket biskvit

50 qram kərə yağı

 

Kremi üçün:

400 qram labne pendiri

400 qram krem

2 ədəd yumurta

1 stəkan şəkər tozu

2 paket vanil

2 xörək qaşığı nişasta

2 xörək qaşığı un

1 ədəd limonun qabığı



Limonlu sous üçün:

2 stəkan su

1 ədəd limonun qabığı və şirəsi

2 xörək qaşığı nişasta

6 xörək qaşığı şəkər tozu

Qida boyası (çay qaşığının ucunda)

 

Hazırlanması:

Biskvitləri
əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az
yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya
qoyun.

 

Kremi
hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə
yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta,
sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca
qarışdırıb soyuducudan çıxardığınız biskivitli qarışığın üzərinə yayın.
Keksi sobaya qoymadan öncə kənarlarını qurğuşun kağızla sarıyın. Bu,
keksin qızarmasının qarşısını alacaq.

 

160 dərəcə qızdırılmış sobada 1 saat və ya 1 saat 15 dəqiqə bişirin.

 

Sous
üçün lazımlı olan bütün məhsulları bir qazana töküb bişirin. Sous
soyuduqdan sonra keksin üzərinə yayıb 1 gecə soyuducuda saxlayın.

 

"Cheesecake”in üzərini arzuladığınız şəkildə bəzəyə bilərsiniz.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!