Neapol bükməsi resepti - FOTO RESEPT

Neapol bükməsi resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 26
Sfogliatella napoletana riccia adlanan
bu şirniyyatın hazırlanması ilk baxışdan  çox çətin görünə bilər. Amma
kulinariyaya marağı olanlar onu dəyərləndirəcəklər. Göründüyü qədər də
çətin deyil, hətta maraqlıdır. 

 

Tərkibi: 

500 q əla növ un

190 ml su

15 q bal

10 q duz

100 q kərə yağı

150 q mannı yarması

400 ml süd və ya su

200 q şəkər tozu

150 q sukat

250 q rikotta (hazırlanma qaydası var, yaxud da kəsmik götürün)

vanil

darçın 

 

Hazırlanması: 

Öncə rikottanın hazırlanma qaydası: Səhər çağı
dondurucu kameraya bir qutu (kağız qablaşdırmada) qatıq qoyursunuz.
Axşam donmuş qatığı çıxarıb üzərinin qutusunu soyun, kərpic kimi qatığı
durşlaqin içinə qoyun. Səhərə qədər suyu süzüləcək və əla kəsmik
alınacaq (ayranını atmayın, digər bişmişlərdə süd və ya su yerinə işlədə
bilərsiniz). 

190 ml suda duzu əridin. Ələnmiş unu və balı qatıb
xəmir yoğurun. Sözün düzü, bu qədər az maye ilə xəmir yoğurmuq həddən
artıq çətindir. Ona görə də unu az-az əlavə etmək daha yaxşı olar. Ancaq
bütün reseptlərdə unla suyun miqdarı yalnız bu cür göstərilib. 



Xəmirə kərə yağı çəkib qida plyonkasına bükün. 2 saat saxlayın. 



Xəmiri kağız naziklikdə, 2 m uzunluqda yayın. (Xüsusi
ravioli maşınınız (xəmiryayan) varsa, ondan istifadə edin). Onun
qalınlığı və eni hər yerdə eyni olmalıdır. Xəmir şəridini üst-üstə
qoymaq, yaxud da oxlova dolamaq olar, yapışmır. 



Sonra bu lentin üzərinə yumşaldılmış yağ çəkib içində hava qalmayacaq dərəcədə çox sıx rulet kimi bükün. 



Bu ruleti soyuducuda 1 saat saxlayın. 

 

İç:

Qatı mannı sıyığı bişirin: soyuq südə duzla mannı
yarması tökün, qaynara düşəndən sonra 3-5 dəqiqə qaynadın. Soyudun.
Şəkər tozu (daha yaxşısı - şəkər pudrası) qatın, rikotta, sukat, darçın,
vanil əlavə edib qarışdırın. 



Xəmiri soyuducudan çıxarın. Hamar olmayan ucunu kəsin. Sonra 1 sm qalınlıqda dilimlərə doğrayın. 



İndi isə hər dilimdən konus düzəltmək lazımdır. Bunun
üçün dilimi əlinizə götürün, baş barmağınızı mərkəzə qoyun, digər
barmaqlarınızın köməyilə xəmiri fırladaraq kənarlarını ehmalca aşağı
çəkin. Elə edin ki, qatlar bir-birindən çox aralanmasın. 



Dərhal içini doldurub siniyə düzün. Hamısını bu
qaydada hazırladıqdan sonra üzərinə yumurta çəkib 180 dərəcə qızdırılmış
sobada 20 dəqiqə bişirin. 



Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin. 




 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!